Bank Of Baku

Yəməndə husilər hərbi düşərgəyə raket zərbəsi endirib, 53 nəfər ölüb - YENİLƏNİB

Yəməndə husilər hərbi düşərgəyə raket zərbəsi endirib, 53 nəfər ölüb - YENİLƏNİB
# 19 oktyabr 2026 17:58 (UTC +04:00)

Yəmənin cənubundakı Şəbva əyalətində husilərin təhlükəsizlik üzrə təlim mərkəzinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb, 200-dən çox insan yaralanıb.

APA xəbər verir ki, bu barədə Şəbva qubernatorluğunun “Facebook” sosial media platformasında yaydığı açıqlamada bildirilib.

***

15:34

Yəmənin Şəbva əyalətində husilərin hərbi düşərgəyə raket hücumu nəticəsində 40-a yaxın hərbçi ölüb və ya yaralanıb.

Bu barədə “Anadolu” agentliyi Şəbva qubernatorunun müavininə istinadən məlumat yayıb.

Məlumata görə, husilər Cərdan rayonundakı Əl-Ələm düşərgəsinə üç ballistik raket atıblar. Düşərgədə təhlükəsizlik və polis qüvvələrinə yeni qəbul olunan şəxslər təlim keçirmiş.

Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi də düşərgənin üç ballistik raketlə vurulduğunu təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR