Bakıda fəhlə faciəli şəkildə ölüb

Bakıda fəhlə faciəli şəkildə ölüb
# 03 noyabr 2015 13:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda fəhlə faciəli şəkildə ölüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər “KJDE-16” markalı dəmiryol dizel-elektrik yükqaldırıcı kranın trosları arasında sıxılaraq qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər 1960-cı il təvəllüdlü Əliyev Tofiq Mirzəbala oğlunun cəsədini kranın yükqaldırıcı oxunun trosları arasından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

APA-nın əldə etdiyi məlumata görə, dünyasını dəyişən T. Əliyev orada fəhlə işləyirmiş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR