Fransada naməlum şəxslər Türkiyə Mədəniyyət Mərkəzinə “Molotov kokteyli" atıblar

Fransada naməlum şəxslər Türkiyə Mədəniyyət Mərkəzinə “Molotov kokteyli" atıblar
# 06 dekabr 2015 01:31 (UTC +04:00)

Bakı-APA. Fransanın Marsel şəhərində Türkiyə Mədəniyyət Mərkəzinə dörd ədəd “Molotov kokteyl”i atıblar. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Polisdəki mənbənin məlumatına görə, hücum nəticəsində binaya “müəyyən” zərər dəyib. Cinayətin 3-4 naməlum şəxs tərəfindən törədildiyi bildirilir. Onların axtarışları davam etdirilir.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin Moskvadakı səfirliyi daş-qalaq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR