AKP-nin Türkiyə Böyük Millət Məclisinin sədrliyinə namizədi müəyyənləşib

AKP-nin Türkiyə Böyük Millət Məclisinin sədrliyinə namizədi müəyyənləşib
# 26 iyun 2015 16:09 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Əhməd Davudoğlu partiyanın toplantısında bildirib. AKP-nin namizədi hazırda milli müdafiə naziri vəsifəsini icra edən İsmət Yılmazdır. Baş nazirin sözlərinə görə, İsmət Yılmaz və milli təhsil naziri Nəbi Avcının namizədliyi irəli sürülüb. Məsləhətləşmələr nəticəsində İsmət Yılmazın namizədliyinin irəli sürülməsinə qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR