Mədəniyyət və Turizm Nazirliyi turistlər üçün silsilə konsert proqramları təşkil edib

Mədəniyyət və Turizm Nazirliyi turistlər üçün silsilə konsert proqramları təşkil edib
# 16 iyun 2015 15:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə turistlər üçün konsert proqramlar hazırlayıb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konsert proqramları iyununun 12-dən başlanıb və ayın 28-dək davam edəcək.

İyunun 16-da Beynəlxalq Muğam Mərkəzində Sexteto Mayor qrupunun konserti, iyunun 20-də Heydər Əliyev Sarayında “Kibbutz Contemporary Dance Company "Blackout (Lullaby For Bach)” konserti, iyunun 21-də Azərbaycan Dövlət Filarmoniyasında “Ondekoza: Japanese Demon Drummers Revives Earth "Put the soul into one strike” (Yaponiya) konserti, iyunun 22-də Heydər Əliyev Sarayında Alla Duhova's TODES Ballet: “ATTENTION” konserti, iyunun 24-də Azərbaycan Dövlət Filarmoniyasında Le Div4's: “The Great Italy” və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri. Dirijor - Marçello Rota” (İtaliya) konserti və iyunun 26-da Heydər Əliyev Sarayında “Rhythm of the Dance: “Back to our Irish Roots”! konserti keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR