“Azərsun Holdinq” İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən mükafata layiq görülüb

“Azərsun Holdinq” İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən mükafata layiq görülüb
# 28 noyabr 2014 07:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük töhfə verən “Azərsun Holdinq” şirkəti “Qida sənayesinin inkişafında əldə etdiyi nailiyyətlərə görə” İqtisadiyyat və Sənaye nazirliyi tərəfindən mükafatla təltif edilib.

APA-Economics”in məlumatına görə, “Azərsun Holdinq”in baş direktoru Savaş Uzana mükafatı İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” Beynəlxalq Sənaye Konfransı zamanı təqdim edib. “Azərsun Holdinq”ə məxsus Bakın Qida və Yağ fabriki də İqtisadiyyat və Sənaye nazirliyi tərəfindən çox yüksək qiymətləndirilib.

Qeyd edək ki, bu müəssisədə istehsal olunan “Zeytun bağları”, “Supersun”, “Final”, “Möcüzə” yağları və digər məhsullar ölkədə olduğu kimi xarici bazarlarda da istehlakçılar tərəfindən çox yüksək qiymətləndirilir və Azərbaycan adını uğurla təmsil edir. Bu milli markaların ölkənin hüdudlarından kənarda da bəyənilməsi isə ilk növbədə onların yüksək keyfiyyətinin və rəqabətə davamlılığının əsas göstəricisidir.

Xatırladaq ki, tədbir “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR