Beynəlxalq müşahidə missiyası: Bu seçki Asiya ölkələri üçün nümunə olacaq - FOTO - VİDEO

Beynəlxalq müşahidə missiyası: Bu seçki Asiya ölkələri üçün nümunə olacaq - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 02 noyabr 2015 10:20 (UTC +04:00)

“Seçkinin nəticəsini dəyişə biləcək heç bir qanun pozuntusu qeydə alınmayıb”

Bakı. Mübariz Aslanov – APA. “Biz Azərbaycan Mərkəzi Seçki Komissiyasının dəvəti ilə Azərbaycandayıq və məqsədimiz parlament seçkilərini müşahidə etmək idi. Müşahidəmizin nəticəsi isə o oldu ki, seçkilər tam demokratik və şəffaf oldu”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanda parlament seçkilərini müşahidə edən Asiya, Sakit Okean hövzəsi ölkələrinin demokratları Beynəlxalq Təşkilatının müşahidə missiyasının bu gün açıqladığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, seçkinin nəticəsini dəyişə biləcək heç bir qanun pozuntusu qeydə alınmadı: “Demokratik göstəricilərdən biri də o idi ki, mətbuat istənilən məntəqədə səsvermə prosesini izləyə bilirdi. Seçki komissiyalarının üzvləri də tam peşəkardır. Onların əksəriyyətinin də qadınlardan ibarət olması deməyə əsas verir ki, Azərbaycanda gender bərabərliyi yüksək səviyyədədir”.

Bəyanatda o da qeyd olunub ki, bu seçki Asiya ölkələri üçün nümunə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR