Bank Of Baku

Türkiyədə yaşayan erməni Atatürkü təhqir edib

Türkiyədə yaşayan erməni Atatürkü təhqir edib
# 27 iyun 2008 15:12 (UTC +04:00)
İzmir APA. Türkiyənin İzmir bölgəsində yaşayan və turizm işləri ilə məşğul olan Sevan Nişanyan adlı erməni Mustafa Kamal Atatürk haqqında təhqiramiz fikirlər söyləyib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İzmirin Səlcuq qəsəbəsinin Şirincə kəndində yaşayan S. Nişanyan yerli qəzetlərin birinə müsahibəsində Atatürkü diktatura qurmaqda, öz şəxsiyyətinə pərəstiş yaratmaqda ittiham edib. O, Atatürk milliyyətçiliyini “1920-ci illərin faşizmi” adlandırıb. Cümhuriyyət Xalq Partiyasının (CHP) Səlcuq təşkilatı S. Nişanyanın bu açıqlamaları ilə əlaqədar yerli prokurorluğa şikayət edib. Təşkilatın sədri Bəkir Gündüz bildirib ki, Sevan Nişanyan bu gün diktator adlandırdığı liderin qurduğu demokratik, dünyəvi Türkiyə Cümhuriyyətində etnik və dini mənsubiyyətinə fərq qoyulmadan yaşayıb-işlədiyini unutmamalıdır: “Mustafa Kamal diktator olsaydı, milli iradəyə əsaslanan cümhuriyyət qurmazdı. Onun milli ideyalarından, bu ideyaların real həyatda əksini tapmasından narahat olan qüvvələr və onların Sevan Nişanyan kimi nökərləri əvvəldən də vardı, bundan sonra da olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR