Bank Of Baku

Fransa ordusunun serjantı mülki əhaliyə atış açıb

Fransa ordusunun serjantı mülki əhaliyə atış açıb
# 01 iyul 2008 16:27 (UTC +04:00)
Paris APA. Fransada girovların azad edilməsi üzrə keçirilən nümunəvi əməliyyat zamanı serjantlardan biri ətrafa toplaşan vətəndaşlara atəş açıb və 5-i uşaq olan 17 nəfəri yaralayıb. APA-nın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, insident iyunun 30-da dəniz piyadalarının ölkənin cənubundakı Karkason yaşayış məntəqəsində yerləşən paraşüt alayında baş verib. Yaralılardan 4-nün vəziyyəti ağırdır. Hadisənin səbəblərinə dair əsas versiya insan faktorudur. Belə ki, serjantın təsadüfən avtomatına təlim məqsədli güllələrin yerinə döyüş güllələri doldurduğu bildirilir. Hadisədən sonra prezident Nikola Sarkozi Quru Qoşunlarının qərargah rəisi Bruno Kuşanı vəzifədən uzaqlaşdırıb. Müdafiə naziri Evre Moren silahdan istifadə etməklə istənilən nümunəvi təlimlərin keçirilməsini xüsusi sərəncama qədər yasaqlayıb. Olayla bağlı aparılan təhqiqat prezidentin şəxsi nəzarətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR