Bank Of Baku

Türkiyədə iyulun 1-də keçirilən “Ergenekon” əməliyyatında 6 minə yaxın polis iştirak edib

Türkiyədə iyulun 1-də keçirilən “Ergenekon” əməliyyatında 6 minə yaxın polis iştirak edib
# 02 iyul 2008 09:16 (UTC +04:00)
Ankara APA. Türkiyə polisinin iyulun 1-də keçirdiyi əməliyyat zamanı ümumilikdə 21 nəfər həbs olunub. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Ankara, İstanbul, Antalya və Trabzonda keçirilən əməliyyatlar 40 ayrı qrup 6 minə yaxın polis tərəfindən gerçəkləşdirilib. Əməliyyatlar ötən şənbə günü “Ergenekon” adlandırılan gizli təşkilata qarşı istintaqı aparan müstəntiqlər Zəkəriyyə Öz, Mehmet Əli Pekgüzel, Nihat Taşkın və Əmniyyət Müdirliyinin (polis təşkilatı) bəzi yüksək rütbəli məmurları tərəfindən planlaşdırılıb. İstanbulun Beşiktaş rayonundakı ədliyyə binasında keçirilən toplantıda polisin hansı ünvanlara daxil olacağı və həbslərin hansı şəkildə aparılacağı dəqiqləşdirilib. Toplantının ertəsi gün İstanbul 10-cu Ağır Cəza Məhkəməsi həbs olunacaq şəxslərin evlərində, ofislərində axtarış aparılmasına icazə verib. Bu qərar əsasında hər biri 120-150 nəfərdən ibarət 40 qrup iyulun 1-də səhər tezdən əməliyyata başlayıb. Nəticədə Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə olaraq iki ordu generalı Jandarma Qüvvələrinin sabiq komandanı Şənər Əruyğur və 1-ci ordunun keçmiş komandanı Xurşid Tolon, həmçinin Jandarma Qüvvələrinin sabiq kəşfiyyat rəisi, general Ləvənt Ərsöz, admiral İlkər Güvən, polkovnik Atilla Uğur, Ankara Ticarət Palatasının sədri Sinan Aygün, “Tercuman” qəzetinin baş redaktoru Üfüq Böyükçələbi, “Cumhuriyet” qəzetini Ankara təmsilçisi Mustafa Balbay kimi tanınmış şəxsiyyətlər də daxil olmaqla 21 nəfər həbs edilib. Sabiq millət vəkili Turhan Çöməz də daxil olmaqla 3 nəfər isə axtarışdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR