Bank Of Baku

General İlkər Başbuğ: “Həbslərin ordu komandanlığı ilə razılaşdırılması fikri əsassızdır”

General İlkər Başbuğ: “Həbslərin ordu komandanlığı ilə razılaşdırılması fikri əsassızdır”
# 02 iyul 2008 09:37 (UTC +04:00)
APA-nın məlumatına görə, avqustun 31-də Türkiyə quru qüvvələri komandanı İlkər Başbuğ həbslərin onunla razılaşdırılması barədə xəbərlərin yalan olduğunu bildirib: “Açıq şəkildə bəyan edirəm. Bununla bağlı fikirlər və düşüncələr kökündən səhvdir. Baş nazir Ərdoğanla bir neçə gün əvvəl keçirilən görüşümüzdə bu məsələ heç bir formada gündəmə gəlməyib”. Qeyd edək ki, həbslərdən iki gün əvvəl İlkər Başbuğla baş nazir Ərdoğanın görüşü olub. Türkiyə mediası baş nazir Ərdoğanın istefada olan generallar Hurşit Tolon, Şener Eruyğur, İlker Güven və başqalarının həbsinin general İlkər Başbuğla razılaşdırıldığını iddia edib. Xatırladaq ki, İlker Başbuğ avqustun 31-dən etibarən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına rəhbərlik edəcək. O, bu postda təqaüdə çıxan general Yaşar Böyükanıtı əvəzləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR