Bank Of Baku

Türkiyədə həbs olunan zabitlərdən biri PKK liderini həbsxanada dindirən qrupun rəhbəri olub

Türkiyədə həbs olunan zabitlərdən biri PKK liderini həbsxanada dindirən qrupun rəhbəri olub
# 02 iyul 2008 11:17 (UTC +04:00)
Ankara APA. “Ergenekon” adlandırılan gizli təşkilatla bağlı aparılan istintaq çərçivəsində iyulun 1-də həbs olunan istefada olan polkovnik Atilla Uğur PKK terror təşkilatının lideri Abdulla Öcalanı həbsxanada dindirən şəxslərdən biri olub. APA-nın Türkiyənin ANKA agentliyinə istinadən verdiyi məlumata görə, 1999-cu ildə A. Öcalanın Keniyada yaxalanaraq Türkiyəyə gətirilməsindən sonra Jandarma Qüvvələrinin kəşfiyyat idarəsi İmralı adasındakı həbsxanada onu dindirib. Dindirməni həyata keçirən qrupun rəhbəri məhz polkovnik A. Uğur olub. İndi isə A. Uğurun özü çevriliş etmək istəyən gizli təşkilatın üzvü olmaq ittihamı ilə dindirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR