Bank Of Baku

Türkiyənin ən böyük biznes qurumlarından birinin rəhbəri hökuməti sərt tənqid edib

Türkiyənin ən böyük biznes qurumlarından birinin rəhbəri hökuməti sərt tənqid edib
# 02 iyul 2008 11:43 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ankara Ticarət Palatası Məclisinin toplantısına qatılan R. Hisarcıklıoğlu Türkiyə iş dünyasının hər zaman demokratiyanın, şəffaflığın, legitimliyin tərəfində olduğunu, belə bir ailənin hörmətli nümayəndəsinin hərbi çevriliş dövrlərini xatırladan üsulla həbs edilməsinin bütün iş adamlarını dərindən yaraladığını bildirib: “Açıq deyirəm: bu durumu əsla qəbul etmirik. Aygünün adının hələ də ictimaiyyətə açıqlanmamış bəzi qeyri-qanuni fəaliyyətlərdə hallandırılmasını, hər hansı ittiham irəli sürülmədən bu cür davranışa məruz qalmasını pisləyirik”. R. Hisarcıklıoğlu S. Aygünün qeyri-qanuni hərəkətlərə yol verəcəyinə inanmadıqlarını deyib: “Dəvət edilsəydi, ədalət mühakiməsinə yardımçı olmaq üçün ifadə verməyə getməyəcəkdi? Dünən baş verənlər insan ləyaqətinə zərbədir. Çünki ticarət inam, etimad üzərində qurulur. Bir tacirin ən böyük sərmayəsi onun etibarıdır”. Ticarət Palataları və Birjalar Birliyinin sədri hesab edir ki, bir siyasi sistem hüquq və ədalət çərçivəsindən çıxmaqla qorunacaqsa, o sistem heç qorunmağa layiq deyil. Onun sözlərinə görə, S. Aygünün məruz qaldığı davranış Türkiyənin gələcəyi ilə bağlı narahatlığı artırıb: “Gecə yatarkən “səhər hansı Türkiyədə oyanacağam” narahatlığı içində olmaq istəmirəm. Hüququn olmadığı yerdə azadlıq da yoxdur. Yaşadığımız olaylar cəmiyyətdə qütbləşməni daha da dərinləşdirir, iqtisadi həyata mənfi təsir göstərir”. R. Hisarcıklıoğlunun çıxışı dəfələrlə alqışlarla kəsilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR