Bank Of Baku

Sabiq komandan həbsdən buraxılacaq

Sabiq komandan həbsdən buraxılacaq
# 02 iyul 2008 13:35 (UTC +04:00)
Ankara APA. Türkiyə Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, sabiq ordu admiralı İlhami Ərdil həbsdən azad ediləcək. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İ. Ərdil sabah saxlanıldığı Tekirdağın Saray qəsəbəsindəki F tipli həbsxanadan buraxılacaq.
Qeyd edək ki, İ. Ərdil 2007-ci il iyulun 3-də “haqsız sərvət toplamaq” ittihamı ilə hərbi məhkəmə tərəfindən 2,5 il müddətinə azadlıqdan məhrum olunub. Sonradan cəzası 1 ilə endirilib. Məhkəmənin qərarı ilə İ. Ərdil hərbi rütbədən məhrum edilib, medalları, silahları, qılıncı əlindən alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR