Bank Of Baku

Türkiyədə “Ergenekon”ıa bağlı istintaqın ilk mərhələsi tamamlanıb və ittiham aktı hazırlanıb

Türkiyədə “Ergenekon”ıa bağlı istintaqın ilk mərhələsi tamamlanıb və ittiham aktı hazırlanıb
# 02 iyul 2008 16:30 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, prokurorlar aralarında istefada olan general Vəli Kiçik və İşçi Partiyasının lideri Doğu Pərinçəkin də olduğu 49 nəfər, eləcə də əvvəlcə həbs olunub daha sonra azadlığa buraxılmış bir neçə nəfər haqqında 2500 səhifəlik ittiham aktı hazırlayıblar. İndiyədək bu həcmdə ittihamnamə hazırlanmadığı üçün “Word”da yazılmış mətn internet vasitəsilə Ədliyyə Nazirliyinə göndərilərkən sistem çöküb. Bu səbəblə prokurorluq nazirliyə məktub göndərərək sistemin müasirləşdirilməsini istəyib. V Kiçik, D. Pərinçək və digərlərinin terror təşkilatı qurmaqda ittiham olunduğu ittiham aktı Ədliyyə Nazirliyinin internet sistemi tərəfindən müəyyən olunacaq məhkəməyə göndəriləcək.
Qeyd edək ki, iyulun 1-də həbs olunmuş 21 nəfər haqqında başqa bir ittiham aktı hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR