Bank Of Baku

Polşa ərazisində ABŞ-ın antiraket sistemlərinin yerləşdirilməsi barədə razılıq əldə olunub

Polşa ərazisində ABŞ-ın antiraket sistemlərinin yerləşdirilməsi barədə razılıq əldə olunub
# 03 iyul 2008 07:35 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Polşanın “TVN 24” telekanalı xəbər yayıb. İki ölkə arasında aparılan danışıqlarda Polşa nümayəndə heyətinə rəhbərlik edən xarici işlər nazirinin müavini Vitold Vaşşikovski nəticələr barədə nazir Radoslav Sikorski və baş nazir Donald Tuska məruzə etdiyini söyləyib. Yekun qərarı məhz baş nazir verəcək.
Qeyd edək ki, iyulun 8-9-da ABŞ dövlət katibi Kondoliza Rays Polşa və Çexiyaya səfər edəcək. O, əvvəlcə Çexiyaya gedəcək və həmkarı Karel Şvartsenberqlə bu ölkə ərazisində ABŞ radar sisteminin yerləşdirilməsi barədə müqavilə imzalayacaq. İyulun 9-da isə K. Rays Polşada olacaq və bu ölkə ərazisində ABŞ antiraket sistemlərinin yerləşdirilməsi barədə razılığa gəlindiyini rəsmən açıqlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR