Bank Of Baku

ATƏT-in Parlament Assambleyası Gürcüstan və Ukrayna ilə bağlı qətnamə qəbul edib

ATƏT-in Parlament Assambleyası Gürcüstan və Ukrayna ilə bağlı qətnamə qəbul edib
# 03 iyul 2008 09:29 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. ATƏT-in Parlament Assambleyasının Qazaxıstanın paytaxtı Astanada keçirilən 17-ci sessiyasında Gürcüstan və Ukrayna ilə bağlı qətnamə qəbul olunub. APA-nın ATƏT PA-nın saytına istinadən verdiyi məlumata görə, qətnamədə 1932-1933-cü illərdə totalitar Stalin rejiminin məqsədli siyasəti nəticəsində yaranan dəhşətli aclıqdan (“Qolodomor”) ölən milyonlarla günahsız ukraynalının xatirəsi yad edilib. ATƏT PA faciəyə dair bütün həqiqətlərin açılması və bununla bağlı həm milli, həm də beynəlxalq səviyyədə maarifləndirmə işləri aparılması barədə Ukrayna hökumətinin təşəbbüsünü dəstəkləyib. Sənəddə bütün ölkə parlamentləri “Qolodomor”un tanınması üçün müvafiq addımlar atmağa çağırılıb. Qətnamə Rusiya və Qazaxıstanın etirazlarına məhəl qoyulmadan qəbul olunub.
Sessiyada qəbul olunan digər qətnamədə Rusiya hökuməti Gürcüstanın ərazi bütövlüyünü şübhə altına alan addımlardan və separatçı qurumlarla əlaqə yaratmaqdan çəkinməyə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR