Bank Of Baku

Ordu generalı Şənər Əruyğur polisə ifadə verməkdən imtina edib

Ordu generalı Şənər Əruyğur polisə ifadə verməkdən imtina edib
# 03 iyul 2008 11:45 (UTC +04:00)
Ankara APA. İyulun 1-də həbs olunmuş Türkiyə Jandarma Qüvvələrinin sabiq komandanı, ordu generalı Şənər Əruyğur polisə ifadə verməkdən imtina edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İstanbul Əmniyyət Müdirliyinin (polis idarəsi) terrorla mübarizə şöbəsində saxlanılan Ş. Əruyğurun susmaq hüququndan istifadə etdiyi bəlli olub. Generalın vəkili Kazım Aslan hələlik Ş. Əruyğurla görüşə bilmədiyini deyib.
Qeyd edək ki, iyulun 1-də həbs olunmuş “Cumhuriyet” qəzetinin Ankara təmsilçisi Mustafa Balbay da polisə ifadə verməkdən imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR