Bank Of Baku

Türk ordusu AKP-çi bələdiyyə sədrini həbs edib

Türk ordusu AKP-çi bələdiyyə sədrini həbs edib
# 04 iyul 2008 13:18 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün 400 jandarmanın iştirakı ilə keçirilən əməliyyat zamanı bələdiyyə başçısı da daxil olmaqla, 38 nəfər həbs olunub. Həbslər M. Karagülməz haqqında bir müddətdir “korrupsiya, rüşvət, silah qaçaqmalçılığı, tenderlərdə qanunsuzluqlar, vəzifədən sui-istifadə” ittihamları ilə istintaq aparan İzmir Prokurorluğunun təlimatı ilə aparılıb. Jandarmalar bələdiyyənin tenderlər haqqında dosyelərini və digər sənədləri müsadirə ediblər. Bələdiyyə sədrinin evində də axtarış aparılıb.
Qeyd edək ki, Türkiyədə Jandarma Qüvvələri ordunun Baş Qərargahına tabedir və ictimai asayişə cavabdehdir. Bu arada Hərbi Prokurorluq türk ordusuna qarşı məqsədli kampaniya aparan “Taraf” qəzetinə rəsmi xəbərdarlıq göndərib. Qəzet PKK-nın Dağlıca sərhəd zastavasına 13 türk əsgərinin şəhid olması, 8-nin girov götürülməsi ilə nəticələnmiş hücumu haqda ordu rəhbərliyinin əvvəlcədən məlumatlı olduğunu, lakin tədbir görülmədiyini yazmış və bu barədə sənədlər olduğunu bildirmişdi. Hərbi Prokurorluq qəzetə göndərdiyi xəbərdarlıqda həmin sənədlərin təqdim olunmasını istəyib, əks halda redaksiyada axtarış aparılacağını bəyan edib. Bu xəbərdarlıqdan sonra “Taraf”ın rəhbərliyi kompüterləri başqa yerə köçürüb və redaksiyada sutka boyu növbətçilik tətbiq etməyə qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR