Bank Of Baku

Türkiyədə iyulun 1-də həbs olunmuş şəxslərin dindirildiyi binanın önündə şübhəli paket aşkarlanıb

Türkiyədə iyulun 1-də həbs olunmuş şəxslərin dindirildiyi binanın önündə şübhəli paket aşkarlanıb
# 04 iyul 2008 16:21 (UTC +04:00)
Ankara APA. Türkiyədə “Ergenekon” adlandırılan istintaq çərçivəsində iyulun 1-də həbs olunmuş şəxslərin dindirildiyi binanın önündə şübhəli paket aşkarlanıb. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İstanbulun Beşiktaş rayonundakı ədliyyə binasının qarşısında aşkarlanan paket qorxuya səbəb olub. Ərazini əhatəyə alan polis yolda nəqliyyatın hərəkətini dayandırıb. Sonra şübhəli paket partladılıb. Hadisə zamanı zərər çəkən olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR