Bank Of Baku

Məhkəmə ATO başqanı Sinan Aygünün həbsinə qərar verib, jurnalistlər Mustafa Balbay və Erol Mütərcimlər isə azadlığa buraxılıb

Məhkəmə ATO başqanı Sinan Aygünün həbsinə qərar verib, jurnalistlər Mustafa Balbay və Erol Mütərcimlər isə azadlığa buraxılıb
# 05 iyul 2008 07:14 (UTC +04:00)
APA-nın məlumatına görə, dünən Ankara Ticarət Odası başqanı Sinan Aygün, “Cümhuriyyət” qəzetinin Ankara bürosunun rəhbəri Mustafa Balbay, jurnalist Erol Mütərcimlər, professor Ercümənt Ovalı, istefada olan polkovniklər Kamal Aydın, Həsən Atilla Uğur, Birol Başaran, sabiq hərbçilər İbrahim Özcan və Durmuş Əli Kozoğlu məhkəmə qarşısında ifadə veriblər. Məhkəmənin qərarı ilə ATO başqanı Sinan Aygün, istefada olan polkovnik Həsən Atilla Uğur, Birol Başaran və İbrahim Özcan barədə həbs-qətimkan tədbiri seçilib. Adı çəkilən şəxslər məhkəmə zalından həbsxanaya aparılıblar. Professor Ərcümənt Ovalı isə 20 min lirə zamin müqabilində azadlığa buraxılıb. Məhkəmə Mustafa Balbay, Erol Mütərcimlər, Kamal Aydın və Durmuş Əli Kozoğlunu azadlığa buraxıb. Saxlanan digər şəxslərlə bağlı işlərin məhkəməyə bu gün göndəriləcəyi gözlənilir. Qeyd edək ki, dünən ifadə vermək üçün məhkəməyə gətirilən istefada olan ordu generalı Şener Əruyğurun səhhəti qəfil pisləşib. Qan təzyiqi qalxana generala ilkin tibbi yardım göstərilsə də, həkimlərin cəhdləri nəticəsiz qalıb. Məhkəmədən xəstəxanaya aparılan Şener Əruyğur ciddi həkim nəzarəti altında müalicə olunur. Onun vəkili Kazım Arslan generalın səhhətinin yaxşılaşdığını, həyatı üçün heç bir təhlükə olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR