Polşa öz ərazisində ABŞ raketdən müdafiə sisteminin yerləşdirilməsinə razılıq verməyib
05 iyul 2008 07:29 (UTC +04:00)
Varşava-APA. Polşa hökuməti ölkə ərazisində ABŞ-ın raket hücumundan müdafiə sisteminin yerləşdirilməsinə razılıq verməyib. APA-nın məlumatına görə, polyak mətbuatı danışıqların nəticəsiz qaldığını, bununla belə tərəflərin dialoqu davam etdirmək barədə razılıq əldə etdiyini yazır. Bu məsələyə həsr olunmuş brifinqdə Polşanın baş naziri Donald Tusk bildirib ki, hazırda danışıqlar növbəti mərhələyə daxil olub: “Danışıqların iflasa uğraması, yaxud birdəfəlik bitməsi barədə danışmaq tezdir. Biz ABŞ-dan yeni təkliflər gözləyirik. Varşava ABŞ-dan ölkəmizin təhlükəsizliyi üçün real qarantiyalar istəyir. Polşa üçün əsas təhlükəsizlik məsələsi Avropa İttifaqının güclənməsidir”.
Avropa
Serbiya yanğınsöndürənləri dərədə azan rusiya vətəndaşlarını xilas ediblər
01:15
5 may 2024
Estoniya Ukrayna ilə bağlı mövqeyində Fransa ilə həmrəy olduğunu bildirib
00:49
5 may 2024
Polşa XİN başçısı Ukraynaya qoşun yeridilməsinə dair sualı cavablandırmaqdan imtina edib
00:30
5 may 2024
Poroşenko Rusiya tərəfindən axtarışa verilməsinə münasibət bildirib
23:57
4 may 2024