“G-8” sammiti çərçivəsində ABŞ və Rusiya prezidentlərinin görüşü keçirilib
07 iyul 2008 08:23 (UTC +04:00)
ABŞ prezidenti Corc Buş rusiyalı həmkarı ilə danışıqların səmərəli keçdiyini bildirib: “Biz görüşdə İran məsələsini və digər məsələləri müzakirə etdik. Bəzi məsələlər barədə Dmitri Medvedevlə fikirlərimiz üst-üstə düşür, bir sıra məsələlərlə bağlı isə fikir ayrılığı var. Amma biz ümumi məxrəcə gəlmək üçün əməkdaşlığı davam etdirmək niyyətindəyik”. Rusiya prezidenti isə görüşdə daxili problemlərin, ticarət, investisiyalar, münaqişələr və böhran hallarının müzakirə olunduğunu bildirib. Qeyd edək ki, bu gün işə başlayan “G-8” sammitində qlobal məkanda qiymətlərin bahalaşması, qiymət artımına qarşı mübarizə və s. məsələlər müzakirə olunacaq. Rusiya prezidentinin sammitdə “G-8”də islahatların aparılması və bu quruma daha bir neçə ölkənin daxil edilməsi təklifi ilə çıxış etməsi gözlənilir.
Avropa
Baş nazir: "Slovakiya Ukraynaya hərbçi göndərməyəcək"
00:44
3 may 2024
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-yə səfər etməkdən imtina edib
23:37
2 may 2024
Etirazçılar Tbilisinin nəqliyyat sistemini iflic ediblər - FOTO - VİDEO - YENİLƏNİB
22:30
2 may 2024
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
20:59
2 may 2024