Bank Of Baku

Yaşar Böyükanıt: “Yeri deyil”

Yaşar Böyükanıt: “Yeri deyil”
# 07 iyul 2008 16:20 (UTC +04:00)
Antalya APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Böyükanıt son günlər ölkədə baş verən hadisələrə münasibət bildirməyib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Balkan ölkələri baş qərargah rəislərinin Antalyanın Bələk rayonunda keçirilən 2-ci toplantısından sonra mətbuat konfransı keçirən Y. Böyükanıt həbslərlə bağlı sual ünvanlayan türk jurnalistə belə cavab verib: “Ehtiyacınızı bilirəm, amma yeri deyil. Doqquz baş qərargah rəisinin yanında Türkiyənin daxili məsələləri ilə bağlı açıqlama vermək doğru olmaz. Daha sonra danışarıq”.
Qeyd edək ki, konfransa Türkiyə, Yunanıstan, Albaniya, Serbiya, Bolqarıstan, Rumıniya, Monteneqro, Makedoniya, Bosniya və Herseqovina baş qərargah rəisləri, NATO Hərbi Komitəsinin sədri, admiral Qrampolo Di Paola və Avropa Birliyi Hərbi Komitəsinin sədri, ordu generalı Henri Bentegeat qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR