Abdulla Gül Serj Sarkisyanın dəvətinə münasibət bildirib
23 iyul 2008 15:37 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, əvvəlcə bələdiyyə binasına gedən A. Gül Qars bələdiyyəsinin sədri Naif Əlibəyoğlu ilə görüşüb. N. Əlibəyoğlu dövlət başçısına şəhərin simvolik qızıl açarını təqdim edib. Mərasimdə iştirak edən Tatul Akopyan adlı erməni jurnalisti ingiliscə A. Güldən Ermənistan prezidenti Serj Sarkisyanın dəvətinə münasibətini soruşub. A. Gül suala ingiliscə belə cavab verib: “Matç dəvətindən xəbərim var. Bizim siyasətimiz çox şəffafdır. Biz sülh, sabitlik və təhlükəsizliyə tərəfdar olan bütün bölgə ölkələri ilə hər zaman qarşılıqlı əməkdaşlıq içində olmuşuq. Əgər onlar da (Ermənistan rəhbərliyini nəzərdə tutur - APA) bölgədə sülh, sabitlik və təhlükəsizliyə əsaslanan siyasətə üstünlük versələr, əməkdaşlıq mümkündür”. A. Gül Qarsda sabah keçiriləcək tədbirin də qeyd etdiyi məqsədlərə xidmət etdiyini söyləyib.
Avropa
Fransa və Yaponiya hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər
07:43
3 may 2024
Latviya prezidenti: “Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqları iyunda başlaya bilər”
06:47
3 may 2024
Latviya XİN başçısı: "Hazırda Rusiya NATO ölkələrini təhdid etmir"
03:26
3 may 2024
Baş nazir: "Slovakiya Ukraynaya hərbçi göndərməyəcək"
00:44
3 may 2024