Konstantin Qirbea: “Gürcüstan NATO-ya qəbul edilsəydi, Rusiya təcavüzə cəsarət etməzdi”

Konstantin Qirbea: “Gürcüstan NATO-ya qəbul edilsəydi, Rusiya təcavüzə cəsarət etməzdi”
# 13 avqust 2008 10:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA. “Gürcüstan NATO-ya üzv qəbul edilsəydi, hazırkı qarma-qarışıqlıq baş verməzdi”. APA-nın məlumatına görə, bunu Rumıniyanın Qara dəniz Universiteti Fondunun icraçı direktoru, Gürcüstanın Rumıniyadakı sabiq səfiri Konstantin Qirbea deyib. O bildirib ki, bu ilin aprelində Buxarestdə keçirilən sammitdə Gürcüstan NATO-ya üzv olsaydı, Rusiya tərəfi təcavüzə cəsarət etməzdi.

Qeyd edək ki, aprel sammitində Fransa və Almaniya Gürcüstan və Ukraynanın NATO üzvlüyünə rəsmi dəvət almasını əngəlləyiblər. Bu məsələyə 2008-ci ilin sonunda baxılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR