ABŞ NATO ölkələri xarici işlər nazirlərinin iclasını çağırıb

ABŞ NATO ölkələri xarici işlər nazirlərinin iclasını çağırıb
# 13 avqust 2008 15:13 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ Gürcüstandakı vəziyyətlə bağlı NATO ölkələri xarici işlər nazirlərinin iclasının çağırılmasını istəyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu alyansın mətbuat katibi Karmen Romero deyib. O, iclasın gələn həftənin əvvəlində keçirilməsi ilə bağlı müttəfiqlərlə məsləhətləşmələr apardıqlarını açıqlayıb. K. Romero Rusiya nümayəndəsini toplantıda iştirak etməyəcəyini söyləyib.

NATO-nun baş katibi Yaap de Hoop Sxeffer isə rusların qeyri-proporsional şəkildə gücdən istifadə etməsi və Gürcüstanın ərazi bütövlüyünə hörmət göstərməməsindən dərin narahatlıq duyduğunu bildirib: “Hava zərbələrinin müşayiəti ilə aparılan hərbi əməliyyatların MDB-nin sülhməramlı missiyasına aidiyyəti yoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR