İran prezidentinin Türkiyəyə səfəri başlayıb

İran prezidentinin Türkiyəyə səfəri başlayıb
# 14 avqust 2008 13:59 (UTC +04:00)
İstanbul – APA. İran prezidenti Mahmud Əhmədinejatın Türkiyəyə işgüzar səfəri başlayıb. APA-nın məlumatına görə, İran prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin təyyarəsi bu gün yerli vaxtla saat 13.25-də (Bakı vaxtilə 15.28) İstanbuldakı Atatürk Hava Limanına enib. Qonaqları Türkiyənin dövlət naziri Mehmet Şimşək və İstanbul valisi Muammer Gülər qarşılayıb. Bir neçə saatdan sonra Mahmud Əhmətinejatla Türkiyə prezidenti Abdulla Güllə görüşü keçiriləcək.


Qeyd edək ki, İran prezidentinin səfəri ilə əlaqədar İstanbulda təhlükəsizlik tədbirləri həyata keçirilir. İran prezidentinin qalacağı otelə gedən yollar bağlanıb. Həmçinin, iki prezidentinin görüş keçirəcəyi məşhur Çırağan Sarayının ətrafında avtomobillərin və piyadaların hərəkəti qadağan edilib.


Xatırladaq ki, Əhmədinejat Türkiyəyə səfəri zamanı Mustafa Kamal Atatürkün Ankaradakı Mavzoleyini ziyarət etməyəcəyini bəyan edib. Buna görə, İran prezidentinin Türkiyə səfərinin formatı dəyişdirilib və onun Ankaraya yox, İstanbula işgüzar səfər etməsi barədə razılığa gəlinib. A. Gül İran prezidenti ilə görüşmək üçün İstanbula gedib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR