Bank Of Baku

Taner Yıldız ona hücum edənləri «çaqqal» adlandırıb

Taner Yıldız ona hücum edənləri «çaqqal» adlandırıb
# 20 aprel 2010 01:05 (UTC +04:00)
Bakı-APA. Kayseridə dəfn mərasimi zamanı yumruq hücumuna məruz qalan Türkiyənin enerji naziri Taner Yıldız müalicə olunduğu xəstəxananın çıxışında açıqlama verib.

«Burnum qırılsa da, dağılsa da yoluma davam edəcəyəm. Bütün Türkiyədə olduğu kimi Ədirnədən Qarsa, Sinopdan Hataya qədər, inşallah bu terrorun da kökü kəsiləcək. Hazırda bəzi insanların yadırğadığı demokratik açılımla bərabər PKK bu ölkədən qovulacaq və gedəcək. Bunun başqa çarəsi yoxdur. Türkiyə hər sahədə normallaşdıqdan sonra terror sahəsində anormal vəziyyətdə qala bilməz. Heç kimin, o da qalsın üç beş dənə çaqqal dəstəsinin bunun qarşısında dayanmağa haqqı yoxdur», deyə nazir bildirib.

Qeyd edək ki, hücum nəticəsində T.Yıldızın burnu qırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR