Bank Of Baku

İslandiyada püskürən vulkan yenidən aktivləşib - FOTO

İslandiyada püskürən vulkan yenidən aktivləşib - <font color=red>FOTO</font>
# 20 aprel 2010 09:27 (UTC +04:00)
London-APA. Britaniya Hava Nəqliyyatı Milli Xidməti (NATS) Britaniya adaları istiqamətinə yeni vulkanik kül buludunun hərəkət etdiyi barədə xəbərdarlıq yayıblar. APA-nın “Newsru.com”a istinadən yaydığı məlumata görə, mütəxəssislər İslandiyada vulkan püskürməsinin yenidən sürətləndiyini bildirirlər. Bu gün Böyük Britaniyanın hava məkanının bir hissəsi uçuşlar üçün açıla bilər, amma bu, London aeroportlarına şamil edilməyəcək. Şotlandiya aeroportları isə artıq təyyarələri qəbul etməyə başlayıb. “British Airways” aviaşirkəti isə Londondan uçuşları bərpa etməyə hazır olduğunu bildirib. Artıq “Lufthansa” şirkətinə məxsus təyyarələr Avropa qitəsində bir neçə uğurlu reys həyata keçiriblər. Portuqaliyada isə hava limanları hələ də bağlıdır. Yaranmış böhranla əlaqədar ölkənin aeroportlarında 35 min sərnişin çıxılmaz vəziyyətdə qalıb. Finlandiya isə bu gün axşam saatlarına kimi hava məkanını uçuşlar üçün bağlı saxlayacağını bəyan edib. İATA beynəlxalq təşkilatının məlumatına görə, Avropa qitəsində uçuşların dayandırılması aviasiya şirkətlərinə gündəlik 150 milyon dollar ziyan vurur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR