Bank Of Baku

Avropa Parlamentində “Avropanın ən gözəl minarələri” foto müsabiqəsinin nəticələri açıqlanıb - FOTO

Avropa Parlamentində “Avropanın ən gözəl minarələri” foto müsabiqəsinin nəticələri açıqlanıb - <font color=red>  FOTO</font>
# 20 aprel 2010 11:33 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Bugün Strasburqda Avropa Parlamentinin binasında Avropada tikilən ən gözəl minarə və məscidlər üzrə müsabiqənin nəticələri açıqlanıb. APA-nın Avropa bürosunun məlumatına görə, Avropanın türk təşkilatı olan Beynəlxalq Çoxmədəniyyətli Gənclik Şurası (COJEP International) Avropa Şurası, İSESCO və Beynəlxalq İslam Təşkilatının dəstəyi ilə Avropa ölkələrinin ən gözəl müasir minarə və məscidlərini aşkarlamaq məqsədi ilə foto müsabiqə təşkil edib.

Müsabiqəyə 13 ölkədən 53 minarə fotosu təqdim edilib və dünən Avropa Parlamentinin Strasburqdakı binasında toplaşan münsiflər heyəti onların arasından 5 ən gözəl minarəni seçiblər. Daha sonra müsabiqənin əhəmiyyəti və məqsədi, eləcə də bunun Avropada plüralizmin inkişafına verdiyi töhvələrə dair geniş müzakirələr aparılıb. Birinci yeri İngiltərənin Bradford şəhərinin dördminarəli Madni məscidinin minarələri Avropanın ən gözəl minarəsi adını qazanıb. 22,5 metr hündürlüyündə olan məscidin dörd minarəsi 2009-cu ildə inşa edilib. Münsiflər heyəti Avropa Şurasının təmsilçiləri və Bradford şəhər bələdiyyəsinin iştirakı ilə Bradford məscidi minarələrinin ən gözəl ada layiq görülməsi münasibəti ilə məscidin rəhbərliyinə mükafat da təqdim edəcək. Bundan başqa, Stokholm, Roma, Qrenada və Oslo şəhərlərindəki məscidlərin də minarələri ilk beşliyə daxil ola bilib. Onlara da müxtəlif mükafatlar veriləcək.

Avropa parlamentində keçirilən bugünkü toplantıda EMİSCO (Sosial birlik naminə avropa müsəlmanlarının təşəbbüsü) təşkilatı Avropadakı müsəlmanlar üçün mühüm bir yol xəritəsi olacaq « Strasburq bəyannaməsini » elan edib. Bundan əlavə, bütün il boyu Avropa Şurasının binasında “Avropanın ən gözəl minarələri” adlı foto sərgi təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR