Bank Of Baku

Mixail Margelov: SHS-ə dair müqavilə mayın əvvəllərində Rusiya və ABŞ parlamentlərinə təqdim edilə bilər

Mixail Margelov: SHS-ə dair müqavilə mayın əvvəllərində Rusiya və ABŞ parlamentlərinə təqdim edilə bilər
# 21 aprel 2010 01:19 (UTC +04:00)
Bakı-APA. Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Mixail Margelov strateji hücum silahlarına dair (SHS) dair müqavilənin may ayının əvvəllərində Rusiya və ABŞ parlamentlərinə təqdim edilə biləcəyini bildirib. Bu barədə APA Echo.msk.ru saytına istinadən xəbər verir.
Onun sözlərinə görə, u istiqamətdə hazırlıq işləri artıq aparılır, belə ki, ABŞ senatında SHS-3 və raket hücumundan müdafiəyə dair dinləmələr keçirilir.
“Ümid edirəm ki, biz və bizim həmkarlarımız bu sənədin müzakirə olunması və bütün formal proseduraların kökünün araşdırılmasına heç bir süni problem yaratmayacaq”, - deyə o vurğulayıb.
Xatırladaq ki, ABŞ və Rusiya yarım illik danışıqlardan sonra aprelin 8-də SHS-ə dair yeni müqaviləni imzalayıb. Rəsmi Moskva müqaviləni iki ölkənin parlamentləri tərəfindən təsdiq edilməsinin təkid edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR