Bank Of Baku

Xuan Antonio Samaranç ağır vəziyyətdə xəstəxanadadır

Xuan Antonio Samaranç ağır vəziyyətdə xəstəxanadadır
# 21 aprel 2010 04:57 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti, 89 yaşlı Xuan Antonio Samaranç ürək tutması nəticəsində Barselonada xəstəxanaya yerləşdirilib və hazırda o ağır vəziyyətdədir. Bu barədə APA vz.ru saytına istinadən xəbər verir.

Samarançın oğlu Con bildirib ki, atası Barselonada Kiron şəhərindədir, onun vəziyyəti hazırda “sabit ağır” olaraq qalır.

Samaranç əvvəllər də ürək ağrısından əziyyət çəkib. 2007-ci ildə İspaniya paytaxtında keçirilən tədbirdə özünü pis hiss etdiyinə görə o, Madridin xəstəxanalarından birinə yerləşdirilmişdi.

2009-cu ilin sentyabrında o nəfəs yolunun spazmasına görə Monako xəstəxanasının reanimasiya şöbəsində bir neçə saat keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR