Bank Of Baku

Polşada növbədənkənar prezident seçkiləri iyunun 20-nə təyin edilib

Polşada növbədənkənar prezident seçkiləri iyunun 20-nə təyin edilib
# 21 aprel 2010 09:18 (UTC +04:00)
APA-nın məlumatına görə, prezident Lex Kaçinski təyyarə qəzasında həlak olduqdan sonra onun səlahiyyətlərini parlamentin spikeri icra edir. Seçkilərin vaxtı elan olunduqdan sonra prezidentliyə namizəd aprelin 26-na kimi öz seçki komitəsini qeydiyyatdan keçirmək üçün MSK-ya ən azı min nəfərin imzası ilə müraciət etməlidir. Prezidentliyə namizədlər mayın 6-na kimi 100 min imza toplayaraq MSK-ya təqdim etməlidir. Namizədlərin yekun siyahısı mayın 31-də açıqlanacaq. Baş nazir, “Vətəndaş platforması” partiyasının lideri Donald Tusk seçkilərdə iştirak etməyəcəyini açıqlayıb. Hakim partiya seçkilərə kiminlə qatılacağını müəyyənləşdirmək üçün ilkin seçkilər keçirib və praymerizdə 68,5 faiz səs toplayan Bronislav Komorovski hakim partiyanın əsas namizədi sayılır. Analitiklərin fikrincə, Hüquq və Ədalət Partiyasının seçkilərdə əsas namizədi sabiq baş nazir Yaroslav Kaçinski olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR