Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatı: Avropa səmasını bürüyən vulkanik kül insan sağlamlığı üçün təhlükə törətmir

Ümumdünya Səhiyyə Təşkilatı: Avropa səmasını bürüyən vulkanik kül insan sağlamlığı üçün təhlükə törətmir
# 21 aprel 2010 09:51 (UTC +04:00)
APA-nın Ümumdünya Səhiyyə Təşkilatına istinadən yaydığı məlumata görə, hazırda Avropa qitəsində havanın keyfiyyəti müvafiq normalara uyğundur. Lakin külün havada konsentrasiyası küləyin sürətindən və havanın temperaturundan asılı olaraq ölkələr üzrə dəyişə bilər. Vulkanik kül vulkan mənşəli kiçik fraqmentlərdən ibarətdir. Külün insan sağlamlığı üçün təhlükə törətməyə qabil olan əsas komponenti 10 mikron ölçülü kiçik dispersli hissəciklərdir. Onlar bədənə nəfəs yolları ilə daxil ola bilər. Külün atmosferin aşağı qatlarında konsentrasiya olması xroniki respirator xəstəliklərdən – astma, emfizema, yaxud bronxitdən əziyyət çəkən insanlarda nəfəs yollarının qıcıqlanması simptomları yarada bilər. Bu cür insanların ağır fiziki işlərdən çəkinməsi tövsiyə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR