Bank Of Baku

«Balyoz» işi üzrə həbs olunmuş 3 hərbçi buraxılıb

«Balyoz» işi üzrə həbs olunmuş 3 hərbçi buraxılıb
# 21 aprel 2010 23:03 (UTC +04:00)
Bakı-APA. Türkiyədə «Balyoz» hərbi çevriliş planı iddiası ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunmuş 3 hərbçi buraxılıb. APA-nın «CNN Türk»ə istinadən yaydığı məlumata görə, İstanbul 13-cu Ağır Cəza Məhkəməsi ehtiyatda olan polkovniklər Ümit Özcan, Levent Çehreli ve Abdullah Zafer Arısoyun sərbəst buraxılması barədə qərar çıxarıb.

Xatırladaq ki, sözügedən polkovniklər artıq ikinci dəfədir ki, məhkəmənin qərarı ilə sərbəst buraxılırlar. İlk dəfə onların buraxılmasına istintaqı aparan prokurorluq etiraz edərək yenidən həbs olunmalarına nail olmuşdu. Lakin polkovniklərin vəkilləri bu qərardan şikayət verərək onların ikinci dəfə azadlığa buraxılmasına nail olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR