Bank Of Baku

Bursada 7 dövlət 1 millət meydanı yaradılır

Bursada 7 dövlət 1 millət meydanı yaradılır
# 21 aprel 2010 23:58 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Bursa şəhərində 7 dövlət 1 millət meydanı yaradılacaq. APA-nın «haberler.com»a istinadən verdiyi məlumata görə, Ahmet Taner Kışlalı meydanına bitişik ərazidə ucaldılacaq meydanda 7 müstəqil türk dövlətinin bayraqları qaldırılacaq.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasının bayraqlarının ucaldılacağı meydanda həmin ölkələr barədə məlumatların yazıldığı lövhələr də yerləşdiriləcək.

Meydan Bursa şəhəri Yıldırım rayonu bələdiyyəsi ilə «Yeddi dövlət bir millət» dərnəyinin əməkdaşlığı ilə yaradılacaq. Yıldırım bələdiyyəsinin sədri Özgen Keskin bayraqları iyulun 3-də 6 ölkədən gələn qonaqların iştirakı ilə qaldıracaqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR