Bank Of Baku

Uydurma “erməni soyqırımı”nın ildönümü Türkiyədə də qeyd olunacaq

Uydurma “erməni soyqırımı”nın ildönümü Türkiyədə də qeyd olunacaq
# 22 aprel 2010 13:17 (UTC +04:00)
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu münasibətlə İstanbulun iki ayrı yerində “soyqırım” kəlməsindən istifadə edilmədən tədbir təşkil olunacaq.

İlk tədbir “İnsan Haqları Dərnəyi” adlı qeyri-hökumət təşkilatı tərəfindən yerli vaxtla saat 13.30-da şəhərin Heydərpaşa dəmir yolu stansiyasının qarşısında keçiriləcək. Bu məqsədlə yayılan elanda aşağıdakı sözlərə yer verilib: “95-ci ildönümündə 24 aprel qurbanlarını anmaq və “bir daha əsla!” demək üçün 1915-ci il utancını ürəyində duyan hər kəsi şənbə günü Heydərpaşa stansiyasında keçiriləcək anma görüşünə dəvət edirik”.

İkinci tədbir isə axşam saatlarında İstanbulun mərkəzi hissəsi – Bəyoğlu rayonundakı Taksim meydanında “İrqçiliyə və milliyyətçiliyə dur de” təşəbbüsü tərəfindən təşkil olunacaq. Bir qrup ziyalı, sənətçi, alim və KİV nümayəndəsinin təmsil olunduğu təşəbbüsün yaydığı elanda deyilir: “Bu acı bizim acımızdır. 1915-ci ildə əhalimizin sayı 13 milyon nəfər olarkən bu torpaqlarda 1,5-2 milyon erməni yaşayırdı. 1915-ci ilin 24 aprelində “göndərilməyə” başlandılar. Onları itirdik. Bu böyük acını ürəklərində hiss edən bütün türkiyəliləri 1915-ci il qurbanlarının xatirəsi önündə baş əyməyə çağırırıq”.
Qeyd edək ki, hər iki tədbiri təşkil edənlər ötən il Türkiyədə ermənilərdən üzr istəmək kampaniyasının da təşkilatçısı olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR