Bank Of Baku

NATO XİN rəhbərləri Avropadan nüvə silahlarını çıxarmamaq qərarına gəliblər

NATO XİN rəhbərləri Avropadan nüvə silahlarını çıxarmamaq qərarına gəliblər
# 23 aprel 2010 00:28 (UTC +04:00)
Bakı-APA. NATO-ya üzv olan 28 ölkənin xarici işlər nazirləri «birtərəfli qaydada heç bir nüvə silahının Avropadan çıxarılmayacağı» barədə qərara gəliblər.

APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, bunu cümə axşamı Tallində NATO rəsmisi Ceyms Appaturay quruma üzv olan ölkələrin xarici işlər nazirlərinin qeyri-formal işgüzar görüşünün ilk gününü nəticələrini şərh edərkən deyib.

«NATO-nun siyasətinə və nüvə arsenalına dair heç bir məsələ birtərəfli qaydada həll olunmayacaq. Bütün qərarlar birgə veriləcək», - deyə o bildirib.

Xatırladaq ki, NATO-nun baş katibi Anders Foq Rasmussen Şimali Atlantika alyansının Rusiyanı Avropa raket hücumundan müdafiə sisteminə cəlb etməli olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR