Bank Of Baku

Dərviş Əroğlu ŞKTC prezidenti kimi and içib

Dərviş Əroğlu ŞKTC prezidenti kimi and içib
# 23 aprel 2010 22:49 (UTC +04:00)
Bakı-APA. Dərviş Əroğlu Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti kimi and içib.

APA-nın məlumatına görə, martın 18-də keçirilmiş seçkilərdə Əroğlu keçmiş prezident Mehmet Əli Tələtə qalib gəlmişdi. Əroğlu Kipr probleminin həllində sərt variantın yəni «2 millət – 2 dövlət» prinsipinin tərəfdarıdır.

Dərviş Əroğlunun prezident seçilməsi ilə ŞKTC-nin baş naziri kreslosu boşalıb. Müvəqqəti olaraq baş nazir vəzifəsini indiyədək baş nazirin müavini və xarici işlər naziri olan Hüseyin Özgürgün icra edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR