Bank Of Baku

Türkiyənin ana müxalifət lideri : “Azərbaycanla münasibətlərimizi strateji səviyyəyə çıxaracağıq”

Türkiyənin ana müxalifət lideri : “Azərbaycanla münasibətlərimizi strateji səviyyəyə çıxaracağıq”
# 06 may 2011 21:45 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə-APA. “Azərbaycanla münasibətlərimizi strateji səviyyəyə çıxaracağıq”. Bu sözləri İstanbulun rayonlarında seçki təbliğatı aparan Türkiyənin ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının lideri Kemal Kılıçdaroğlu seçkiyə hazırlıq prosesini izləyən APA təmsilçisi ilə söhbətində vurğulayıb. Kemal Kılıçdaroğlu deyib :”AKP-nin xarici siyasəti bəzi məqamlarda Azərbaycanın Türkiyədən incik düşməsinə səbəb olub. 12 iyunda xalqın bizi iqtidara gətirəcəyinə inanırıq. Azərbaycan bizim iqtidarımızın xarici siyasətində əsas yeri tutacaq. Biz bütün addımlarımızı qardaş Azərbaycanla birlikdə atacağıq. Azərbaycanla münasibətlərimizi strateji dostluq və qardaşlıq səviyyəsinə yüksəldəcəyik. Azərbaycanlı qardaşlarımı sayğı və sevgiylə salamlayıram”.
APA-nın məlumatına görə, İstanbuldakı seçki təbliğatını gücləndirən CHP lideri Kemal Kılıçdaroğlu bu metropolun rayonlarında seçicilərlə görüşlər keçirir. Seçki təbliğatını iqtisadi siyasət və iqtidarın qeyri-qanuni fəaliyyətlərinə dair iddialar üzərində quran ana müxalifət lideri 12 iyundakı seçkidən qalib çıxmaları halında İstanbulda rəsmi sənədi olmayan bütün evlərə rəsmi sənəd verəcəklərini deyib. CHP-nin Türkiyədə inqilablar həyata keçirən partiya olduğunu xatırladan Kemal Kılıçdaroğlu, növbəti inqilabı qadınları ölkə üsuli-idarəsində daha çox söz sahibi edərək həyata keçirəcəklərini vurğulayıb. Ana müxalifət lideri sığortası olmayan hər bir ailəyə ayda 400 dollarlıq ailə sığorta yardımı edəcəklərini sözlərinə əlavə edib. Kemal Kılıçdaroğlu baş nazir Ərdoğanın “Kimin malını kimə verəcəksən?”, sualına “Xalqın malını xalqa verəcəm”, sözləriylə cavab verib.
Qeyd etmək yerinə düşərdi ki, 3 gün əvvəl baş nazir Ərdoğanın eskortuna edilən terror aksiyasından sonra ana müxalifət liderinin mühafizəsi xeyli gücləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR