Bank Of Baku

Avropa Birliyi Suriya əleyhinə sanksiyalar tətbiq edib

Avropa Birliyi Suriya əleyhinə sanksiyalar tətbiq edib
# 09 may 2011 23:52 (UTC +04:00)
Bakı-APA. Avropa Birliyi Şurası Suriya əleyhinə sanksiyaları təsdiq edib.

«Şura Suriyaya silah və daxili repressiyalarda istifadə oluna bilən digər vasitələrin ixracına, həmçinin bir sıra şəxslərin AB ərazisinə girişinə qadağan qoyub, həmçinin bəzi şəxslərin aktivləri dondurulub», deyə Şuranın yaydığı kommünikedə bildirilir.

«Viza qadağanı və aktivlərin dondurulması 13 suriyalı rəsmi şəxsə aiddir. Avropa Birliyi Şurası onları Suriyada vətəndaşlara qarşı zorakılıq aksiyalarına görə cavabdeh hesab edir», deyə kommünikedə vurğulanır.

Bu şəxslərin siyahısı gün ərzində dərc olunacaq. Lakin əldə olunan məlumatlara görə, Suriya prezidenti Bəşər Əsədin adı siyahıda yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR