Bank Of Baku

Liviya üsyançıları Londonda təmsil olunacaqlar

Liviya üsyançıları Londonda təmsil olunacaqlar
# 12 may 2011 20:44 (UTC +04:00)
Bakı-APA. Britaniyanın baş naziri David Kameron bildirib ki, Liviya üsyançıların liderləri ölkəsində rəsmi nümayəndəlik açmaq üçün Londona dəvət olunublar.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, baş nazir təşəbbüsünü üsyançıların Keçid Şurasının sədri Müstafa Əbdul Cəlillə Londondakı iqamətgahında səsləndirib.

Britaniya baş naziri polkovnik Qəddafiyə müxalifətdə olan Benqazi şəhərinin polis qüvvələrinə bir neçə milyon dollar dəyərində avadanlıq vəd edib.

Çərşənbə axşamı Avropa ittifaqı Benqazidə nümayəndəliyinin açılacağını elan edib.

Liviya üsyançıları bildiriblər ki, Misrata şəhərində mövqelərini möhkəmlədərək paytaxt Tripoliyə doğru hərəkətlərini fəallaşdırırlar.

Bu arada son iki həftə ərzində ilk dəfə yerli televiziya ilə Liviya lideri haqqında süjet göstərilib.

Polkovnik Qəddafi oğlu və 3 nəvəsinin ölümünə bais olmuş NATO hücumundan bəri ictimaiyyət arasına çıxmırdı.

NATO mart ayından bu yana Liviyada 6 minədək hava həmləsi həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR