Bank Of Baku

Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğu Müəmmər Qəddafi, onun oğlu və kəşfiyyat xidməti rəhbərinin həbsi üçün order verilməsini tələb edib

Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğu Müəmmər Qəddafi, onun oğlu və kəşfiyyat xidməti rəhbərinin həbsi üçün order verilməsini tələb edib
# 16 may 2011 14:40 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Hollandiyanın Haaqa (Lahey) şəhərində yerləşən beynəlxalq məhkəmənin baş prokuroru Luis Moreno-Okampo açıqlayıb. O, Liviyada fevralın 15-dən bəri insanlıq əleyhinə baş verən cinayətlərə görə daha çox məsuliyyət daşıyan 3 yüksək vəzifəli şəxsin həbsi üçün order verilməsi barədə məsələ qaldıracağını bildirib: “Baş prokurorun ofisi bilavasitə Qəddafi tərəfindən verilən göstərişlər, Seyfülislam Qəddafi tərəfindən muzdluların toplanılması və kəşfiyyat rəisi Abdulla əs-Sənussinin nümayişçilərə hücumlarda iştirakına dair birbaşa sübutlar əldə edib”.

Beynəlxalq məhkəmənin qaydalarına əsasən məhkəmə öncəsi palatanın hakimləri baş prokuror tərəfindən irəli sürülən ittihamları təsdiqləyə, inkar edə, yaxud da baş prokurordan əlavə sübutlar təqdim etməyi tələb edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR