Bank Of Baku

Gürcüstanın xalq artisti: “Xalq müxalif əhval-ruhiyyədədir”

Gürcüstanın xalq artisti: “Xalq müxalif əhval-ruhiyyədədir”
# 23 may 2011 12:23 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Bu gün saat 15-də İctimai Televiziyanın binası qarşısında başladığımız mitinqi davam etdirəcəyik. Bir saatdan sonra bizə Batumidən, yaxın və uzaq rayonlardan iştirakçılar qatılacaq”. Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında “Xalq iclası” adlı müxalifət təşkilatının fəalı, Gürcüstanın xalq artisti Giya Burcanadze deyib. O bildirib ki, xalq mövcud hakimiyyətdən narazıdır: “Xalqda müxalif əhval-ruhiyyə mövcuddur. Hakimiyyət yolları bağlayıb ki, əhali mitinqlərə gəlməsin. Amma hər gün mitinqə gələnlərin sayı artır. Kimin evində minik maşını varsa, onu evakuatorla aparırlar ki, maşın axtarışdadır. Bizim məqsədimiz azad seçki keçirmək və indiki hakimiyyəti istefaya göndərməkdir”.

G. Burcanadze bu gün və sabah irəli sürəcəkləri tələblər barədə digər partiyalarla məsləhətləşmələr aparacaqlarını söyləyib: “Dünən bizə bir çox partiya birləşib. Gecədən etibarən nəhayət, “Maestro” telekanalı Tiflisin bir çox rayonlarında və digər yaxın ərazilərdə mitinqi canlı olaraq göstərə bildi. Biz mitinqin canlı yayımını və tələblərimizin jurnalistlər tərəfindən obyektiv əks etdirilməsini istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR