Bank Of Baku

Gürcüstan müxalifəti mayın 25-nə mitinq təyin edib - FOTO

Gürcüstan müxalifəti mayın 25-nə mitinq təyin edib - <font color=red>FOTO</font>
# 23 may 2011 15:28 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtında müxalifət partiyalarının, mədəniyyət və incəsənət xadimlərinin üzv olduğu “Xalq yığıncağı”nın təşkilatçılığı ilə etiraz mitinqi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, İctimai Televiziyanın binası qarşısında mitinqdə Nona Qaprindaşvili, Nino Burcanadze, Georgi Kobaxidze, İrakli Batiaşvili, Revaz Esadze, Elizbar Cavelidze, Qogi Kavtaradze və başqaları çıxış ediblər.

N. Burcanadze mitinqdə elan edib ki, əgər hakimiyyət güc tətbiq etməyə qərar verərsə, hərbçilər xalqa qarşı çıxmayacaq: “Hərbçilər bizimlədir. Bizim yaradacağımız dövlət hüquqi bir dövlət olacaq. Biz azad və demokratik Gürcüstanda yaşayacağıq. Bu gündən başlayaraq ictimai kanal bizim olacaq. Biz irəli gedirik. Bu gün axşam saat 20.00-da bu kanalda bizə qulaq asın. Sizlərə ən vacib xəbərlər barədə məlumat verəcəyik”.

N. Burcanadze mayın 25-də saat 12.00-da Azadlıq meydanında mitinqlərin davam etdiriləcəyini elan edib: “Biz İctimai Televiziyanın qarşısından Azadlıq meydanına yürüş edəcəyik və digər partiyalar da bizə birləşəcək. Güc birlikdədir. Biz xalqla birlikdə bütün planlarımızı həyata keçirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR