Bank Of Baku

Britaniya Kraliçası Obamaları qəbul edib

Britaniya Kraliçası Obamaları qəbul edib
# 24 may 2011 23:41 (UTC +04:00)
Bakı-APA. Britaniya Kraliçası ABŞ Prezidenti Barak Obama və onun xanımı Mişeli Britaniyaya ilk dövlət səfərində qəbul edib.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Obamalar həmçinin Şahzadə Çarlz və Kornvall Qrafinyası ilə, eləcə də, yeni evlənmiş Kembric Qrafı və Qrafinyası - Uilyam və Keytlə görüşüb.

Onlar Usetminister Əbbi kilsəsində Naməlum Əsgər məzarına əklil qoyacaqlar və Bukinqem sarayında verilən ziyafətdə iştirak edəcəklər.

Bir qədər əvvəl Obama və Baş Nazir Devid Kameron ABŞ-Britaniya əlaqələrinin mühümlüyünü vurğulayıblar.

Obama və Kameron iki ölkənin münasibətləri barədə deyiblər: "Bu yalnız xüsusi münasibətlər deyil bu, bizim və dünya üçün mühüm münasibətlərdir".

"ABŞ və Britaniya birləşəndə, xalqımız və bütün dünya daha təhlükəsiz və inkişaf etmiş olmağa qadirdir" - liderlər deyib.

Çərşənbə günü Obama Baş Nazir Kameronla danışıqlar aparacaq.

Onların Yaxın Şərq və Liviyada davam edən münaqişə barədə müzakirələr aparacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR