Bank Of Baku

Gürcüstan paytaxtında hərbi paradın keçiriləcəyi meydan müxalifət tərəfindən tutulub – FOTO

Gürcüstan paytaxtında hərbi paradın keçiriləcəyi meydan müxalifət tərəfindən tutulub – <font color=red>FOTO  </font>
# 25 may 2011 15:21 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Nino Burcanadze və Nona Qaprindaşvilinin başçılıq etdiyi kütlə Azadlıq meydanına çatmadan parlamentin binası qarşısında dayanıb. Müxalifət mayın 26-da keçiriləcək hərbi parad üçün hazırlanan meydanda qalmağa qərar verib.

N. Burcanadze prezident və hökumət nümayəndələri üçün qurulan kürsüyə qalxıb. O bildirib ki, aksiyanın bundan sonrakı inkişafı insanların sayından asılı olacaq. N. Burcanadze kifayət qədər insan toplanmasa, bunu Gürcüstanın məğlubiyyəti sayacağını vurğulayıb. Sabiq parlament sədri 50-60 min nəfərin lazım olduğunu söyləyib.

N. Burcanadze APA-ya açıqlamasında mitinqlərdə iştirak edən Sadaxlı kənd sakini Məmmədov soyadlı bir azərbaycanlının döyüldüyünü bildirib: “Məndə olan informasiyaya görə, polislər onun evinə gəliblər. Onu dəhşətli dərəcədə döyüblər, burnunu qırıblar, üzü yaralıdır. Dünən onun oğlunu döydükdən sonra həbs ediblər. Eyni zamanda hamilə olan gəlinini də döyüblər. Biz beynəlxalq təşkilatlara müraciət etmişik. Düşünürük ki, beynəlxalq ictimaiyyət səsimizə səs verəcək.”

Xatırladaq ki, sabah Gürcüstan paytaxtında Müstəqillik Günü münasibətilə hərbi parad keçirilməsi planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR