Bank Of Baku

Berluskoni: «Qəddafinin oğlu və nəvələri sağdırlar»

Berluskoni: «Qəddafinin oğlu və nəvələri sağdırlar»
# 26 may 2011 04:55 (UTC +04:00)
Bakı-APA. NATO-nun aviazərbələri nəticəsində Liviya lideri Müəmmər Qəddafinin oğlu və 3 nəvəsinin həlak olması barədə məlumat həqiqətə uyğun deyil. Bu barədə İtaliyanın baş naziri Silvio Berluskoni bəyan edib.

Berluskoninin sözlərinə görə, bu yalan məlumat Liviya rejimi tərəfindən təbliğat məqsədilə yayılıb.

«Qəddafinin kiçik oğlu və 3 nəvəsi Liviyada deyillər və başqa ölkədə yaşayırlar», deyə baş nazir bildirib.

Berluskoni əlavə edib ki, onda olan məlumatları xüsusi xidmət orqanları əldə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR