Bank Of Baku

Gürcüstan DİN Rusiyanın ölkədə çevriliş etmək planını təsdiqləyən lent yazısı yayımlayıb

Gürcüstan DİN Rusiyanın ölkədə çevriliş etmək planını təsdiqləyən lent yazısı yayımlayıb
# 26 may 2011 10:59 (UTC +04:00)
Tiflis-APA. Dünən Tiflisin mərkəzində aksiyanın dağıdılması zamanı 90 nəfər saxlanıb. APA-nın “Qruziya-onlayn”a istinadən yaydığı məlumatına görə, bu rəqəmi Daxili İşlər Nazirliyinin informasiya-analitik departamentinin rəhbəri Şota Utiaşvili açıqlayıb. Onun sözlərinə görə, saxlanan şəxslər barədə iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda mitinqdə iki nəfərin ölümü faktı üzrə araşdırma davam edir.

DİN həmçinin Nino Burcanadzenin oğlu Anzorla Gürcüstanda dövlət çevrilişi planlarını müzakirə etdiyi audiolenti açıqlayıb. Nino Burcanadzenin “Hadisələrin gedişində Kocor xüsusi təyinatlı batalyonu mitinq iştirakçılara atəş aça bilərmi” sualına oğlu Anzor Bitsadze bildirib ki, “ilk hücumu biz dəf edərik, sonra isə xüsusi təyinatlılarla qoy Rusiyanın Baş Kəşfiyyat İdarəsi anlaşsın”. Ana və oğul həmçinin neçə nəfərin Rusiya meylli siyasəti müdafiə etdiyi, onlardan neçəsinə arxayın ola biləcəkləri barədə fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR